Az | EN

Rusiyanın gerbi və bayrağı olan yeni iPhone 15 modelləri təqdim olunub

Cəmil Hüseynzadə
11 Oktyabr 2023 17:01
604 baxış
Rusiyanın gerbi və bayrağı olan yeni iPhone 15 modelləri təqdim olunub

Qiymətli materiallardan dəbdəbəli smartfonların istehsalı üzrə ixtisaslaşmış Rusiyanın Caviar şirkəti özünün “Rusiya” adlı yeni iPhone kolleksiyasını təqdim edib. "Rusiya" kolleksiyasına qiymətləri 5990 - 11 700 dollar arasında dəyişən smartfonlar üçün üç dizayn variantı daxildir. Hər bir model məhdud sayda - cəmi 99 nüsxə istehsal olunacaq. Alıcılar iPhone 14 Pro və Pro Max və ya iPhone 15 Pro və Pro Max arasında seçim edə biləcəklər, yaddaşı 128 GB-dan 1 TB-a qədərdir.

Kolleksiyaya məxsus olan “Ulduz” modeli 24 karat qızılla üzlənib.

© copyright 2022 | tech.az | info@tech.az