Az | EN

Safari masaüstü brauzerler siyahısında Microsoft-un ikinciliyini əlindən alıb

Nail Valiyev
02 May 2023 13:18
384 baxış
Safari masaüstü brauzerler siyahısında Microsoft-un ikinciliyini əlindən alıb

Statcounter-in son hesabatına əsasən Apple-ın Safari brauzeri Microsoft Edge-i keçərək dünyada ikinci ən populyar masaüstü brauzeri olub. Araşdırma ilə Safari-nin əvvəlki aya nisbətən 0.95% artımla istifadəçilərin 11.87%-i tərəfindən istifadə edildiyi aydın olub.

Microsoft Edge-in istifadəçilərinin sayı isə 2023-cü ilin aprelində 0.15% azalma ilə 11%-ə düşüb. Digər tərəfdən, Chrome bu ay 0,36 faiz artım ilə bazarın 66,13%-nə xitab edərək birinciliyini qorumağa davam edir.

Brauzerlərin populyarlıq sıralamasında Apple istifadəçilərinin daha çox Safari-yə üz tutduğunu görmək olar. Safarinin populyarlığının artmasının səbəbi istifadəçilərin məxfilik cəhətdən inkişaf etmiş brauzerlərə daha çox yönəlməkləsidir.

Ən məşhur masaüstü internet brauzerlərinin siyahısını sizə təqdim edirik:

Google Chrome – 66,13% (+0,36%)

Apple Safari – 11,87% (+0,95%)

Microsoft Edge – 11% (-0,15%)

Firefox – 5,65% (-0,82%)

Opera – 3,09% (-0,08%)

Mobil brauzer bazarında isə heç bir ciddi dəyişiklik yaşanmadığı görünür. Chrome və Safari hələ də bütün istifadəçilərinin demək olar ki, 90 faizini saxlamağa davam edir. 

 

© copyright 2022 | tech.az | info@tech.az