Sem Altman bildirib ki, sosial şəbəkələrdə paylaşımların real insanlar tərəfindənmi, yoxsa botlar tərəfindənmi yazıldığını ayırd etmək çətinləşib.
Altman bu qənaətə Reddit-də r/Claudecode bölməsində OpenAI-nin Codex servisini tərifləyən çoxsaylı paylaşımları oxuyarkən gəlib. Onun sözlərinə görə, real istifadəçilər belə getdikcə süni intellekt üslubunda yazmağa başlayır və bu da “hamısı bot təsiri bağışlayır”.
O əlavə edib ki, sosial platformalarda reaksiya toplama mexanizmləri, ödənişli paylaşımlar və bəzən rəqib şirkətlərin manipulyasiyaları vəziyyəti daha da mürəkkəbləşdirir.
Altman yekunda vurğulayıb:
“AI Twitter və AI Reddit indi bir-iki il əvvəlkindən qat-qat daha saxta görünür.”