Startup Strides-in 33-cü bölümündə Caucasus Ventures-in İnvestisiyalar üzrə məsləhətçisi Samir Hacıbəyli Azərbaycanın inkişaf edən vençur kapital (VC) və startap ekosistemini müzakirə edib. Podkastda Samir Azərbaycanın startap ekosistemindəki mövcud çətinliklər və imkanlar, regional əməkdaşlıqların əhəmiyyəti və sahibkarlıq mədəniyyətindəki dəyişikliklərə olan ehtiyacı vurğulayıb.
Samir Hacıbəyli vençur kapital sahəsinə necə daxil olduğunu və Caucasus Ventures-in missiya və fokusunu izah edərək Azərbaycanın VC sahəsinin cari vəziyyətini və Mərkəzi Asiya ilə müqayisə edilməsi məsələlərini ətraflı şəkildə şərh edib.
Müzakirənin əsas məqamlarından biri Azərbaycanın sahibkarlarının regional əməkdaşlıqları gücləndirərək daha miqyaslı böyüməyə necə nail ola biləcəyinə dair fikirlər olub. Samir, həmçinin ali təhsildə sahibkarlıq yönümlü yanaşmanın əhəmiyyətini və uğurlu Azərbaycanlı sahibkarların mentor olaraq təqdim edilməsinin gənc nəsli necə təşviq edə biləcəyini qeyd edib.
Bölümdə süni intellektin (AI) rolu və VC sahəsindəki dinamikalar barədə də əhəmiyyətli müzakirələr aparılıb. Samir bu sahədəki gələcək perspektivlər və yeni sahibkarlara yönəlik praktik məsləhətlər verib.
Bu podkast Azərbaycanın startap ekosistemini daha yaxından tanımaq və bu sahədə fəaliyyət göstərmək istəyənlər üçün qiymətli məlumatlarla zəngin olub.