Samsung kriptovalyuta sahəsinə daim sərmayələr yatırıb. Məlum olub ki, şirkət indi bu biznesini daha da genişləndirmək istəyir. Belə ki, Samsung da daxil olmaqla, yeddi böyük şirkətin kriptovalyuta birjasının fəaliyyət göstərməsi üçün hökumətdən icazə istədiyi bildirilir.
Cənubi Koreyadakı beş şirkət, eləcə də Samsung Securities və Mirae Asset Securities şirkətləri kriptovalyuta birjası açmaq qərarının təsdiqlənməsi üçün müraciət edib. Həmçinin bu şirkətlərin birgə bəyanatında 2023-cü ilin birinci yarısında birja açmaq istədikləri ortaya çıxıb.
Bildirək ki, blokçeyn sahəsinə 13 fərqli sərmayəsi olan Samsung ən aktiv investor hesab olunur. Buna görə də Samsung-un belə bir addım atması gözlənilməz hadisə deyil. Şirkət özü isə hələlik məsələ ilə bağlı rəsmi açıqama verməyib.