Az | EN

Sankt-Peterburq-Moskva magistralında sürücüsüz “KamAZ” yük maşınları istifadəyə verilib

Fidan Abbaszadə
14 İyun 2023 16:53
488 baxış
Sankt-Peterburq-Moskva magistralında sürücüsüz “KamAZ” yük maşınları istifadəyə verilib

Üç sürücüsüz  “KamAZ” M-11 Neva magistralının 679-cu kilometrliyindən Sankt-Peterburqdan Moskvaya yola düşüb. Onlar kommersiya yüklərini çatdıracaq və həm də, marşrut haqqında məlumat toplayacaqlar.

Hökumət sürücüsüz yük maşınlarının Moskva və Sankt-Peterburq arasında istifadəyə verilməsinə 2022-ci ilin oktyabrında icazə verib. Layihəyə KamAZ, Starline, Globaltruck Logistic, Magnit, X5 Logistics və Avtodor infrastruktur operatorları daxildir.

Dmitri Bakanov Nəqliyyat Nazirliyinin rəis müavini bildirib: "Sınaq üçün təsdiqlənmiş yük maşınlarının FSUE NAMI laboratoriyasında təhlükəsizlik tələblərinə uyğunluğu qiymətləndirilib. İndiyədək bu proseduru yalnız KamAZ tamamlayıb. Qeyd edək ki, yaxın gələcəkdə M-11-də “Sberavtotexa”-dan olan sürücüsüz yük maşınları da fəaliyyət göstərəcək."

© copyright 2022 | tech.az | info@tech.az