Az | EN

Satya Nadella süni intellekt haqqında fikirlərini paylaşdığı bloqunu təqdim edib

Cəmil Hüseynzadə
03 Yanvar 2026 13:58
104 baxış
Satya Nadella süni intellekt haqqında fikirlərini paylaşdığı bloqunu təqdim edib

Microsoft-un CEO-su Satya Nadella süni intellektə həsr olunmuş şəxsi bloqunu istifadəyə verib. Yeni platformada Nadella Sİ-nin inkişaf istiqamətləri və cəmiyyətə təsiri ilə bağlı fikirlərini bölüşəcək.

Bloqdakı ilk yazısında Nadella sektoru Sİ tərəfindən yaradılan məzmunun keyfiyyəti ilə bağlı mübahisələrdən kənara çıxmağa və texnologiyanın insan imkanlarını necə gücləndirə biləcəyinə fokuslanmağa çağırıb. O, kompüterləri “zehin üçün velosiped” adlandıraraq, Sİ-nin faydaları ilə yanaşı sosial təsirlərinin də nəzərə alınmalı olduğunu vurğulayıb.

Nadella bildirib ki, Microsoft və digər texnologiya şirkətləri Sİ agentlərini yeni yaradıcı alətlər kimi görsələr də, mövcud imkanlarla gələcək hədəflər arasında hələ də ciddi fərq var. O, Sİ-nin məsuliyyətli şəkildə tətbiqinin vacibliyini qeyd edərək, enerji, hesablama gücü və insan resurslarından necə istifadə olunacağının texnologiyanın real dünyadakı təsirini müəyyən edəcəyini deyib.

Qeyd olunub ki, Satya Nadellanın bloqu 2026-cı il ərzində texnologiya və süni intellektlə bağlı yeni baxış yazıları ilə yenilənəcək.

© copyright 2022 | tech.az | info@tech.az