Az | EN

Tramp Çinlə əlaqəyə görə 2,9 milyon dollarlıq çip razılaşmasını ləğv edib

Cəmil Hüseynzadə
03 Yanvar 2026 12:40
62 baxış
Tramp Çinlə əlaqəyə görə 2,9 milyon dollarlıq çip razılaşmasını ləğv edib

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik risklərini əsas gətirərək HieFo şirkətinin Emcore-dan çip və yarımkeçirici lövhə (wafer) istehsalı aktivlərini almasını nəzərdə tutan 2,9 milyon dollarlıq razılaşmanın ləğv edilməsi barədə göstəriş verib.

May 2024-də elan olunan sövdələşməyə əsasən, HieFo Emcore-un müvafiq istehsal əməliyyatlarını satın almışdı. Prezidentin qərarına görə, HieFo mövcud texnologiyanı 180 gün ərzində əlindən çıxarmalıdır. Sərəncamda şirkətin hazırkı sahibinin Çin Xalq Respublikasının vətəndaşı olması ilə bağlı “etibarlı sübutların” mövcud olduğu bildirilir.

HieFo şirkəti Emcore-un keçmiş mühəndislik üzrə vitse-prezidenti doktor Genzao Canq və Harri Mur tərəfindən təsis edilib. Razılaşmadan sonra şirkət Kaliforniyanın Alhambra şəhərindəki komandanın əsasən fəaliyyətini davam etdirəcəyini açıqlamışdı.

Qeyd edək ki, Emcore satış zamanı açıq şirkət idi, lakin 2025-ci ildə Charlesbank Capital Partners tərəfindən özəlləşdirilib. HieFo isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

© copyright 2022 | tech.az | info@tech.az