Az | EN

Sem Altman və Coni Ayvın ekransız Sİ cihazı 2 il ərzində təqdim ediləcək

Nigar Sultanli
25 Noyabr 2025 13:06
16 baxış
Sem Altman və Coni Ayvın ekransız Sİ cihazı 2 il ərzində təqdim ediləcək

Sem Altman və Coni Ayv üzərində işlədikləri yeni süni intellekt cihazı haqqında danışıblar. Altman bildirib ki, insanlar bu cihazı görəndə onun sadəliyinə çox təəccüblənəcəklər.

Altman deyir ki, hazırkı telefonlar davamlı gələn bildirişlər insanın diqqətini dağıdır, onu yorur. Onun fikrincə, indiki texnologiya insana sakitlik vermək əvəzinə, sanki bazarda gəzirmiş kimi narahatlıq yaradır.

Yeni cihaz isə tam əksinə, istifadəçiyə rahatlıq gətirmək üçün nəzərdə tutulub. Ekransız və kiçik ölçülü olması gözlənilən bu cihaz sizin gündəlik həyatınızı başa düşəcək. O, lazımsız məlumatları özü süzgəcdən keçirəcək və sizi boş yerə narahat etməyəcək. Süni intellekt yalnız vacib məqamlarda sizin köməyinizə çatacaq.

Dizayner Coni Ayv isə əlavə edib ki, bu sadə və ağıllı cihazın təxminən iki il ərzində satışa çıxarılması planlaşdırılır.

© copyright 2022 | tech.az | info@tech.az