Azərbaycanın hüquq texnologiyaları sahəsində inqilabi addımları ilə seçilən E-Legal, illərlə çəkilən zəhmət və səbrin nəticəsi olaraq uğurla exit etdi! Bu nailiyyət təkcə startap ekosistemi üçün deyil, eyni zamanda ölkənin və regionun innovasiya mənzərəsində əlamətdar dönüş nöqtəsidir.
Bu hekayənin mərkəzində isə güclü bir vizyon dayanır: təsisçi Səmayə Həbibova və həmtəsisçi Babək Ümüdovun liderliyi. Onlar gecə-gündüz davam edən “war room” sessiyalarında, yüzlərlə qərarın, riskin və fürsətin ortasında bir məqsədə – hüququ daha əlçatan və effektiv etməyə fokuslandılar.
Səmayə Həbibova bu uğurun memarları sırasında ilk növbədə fədakar komandanı qeyd edir: “Bu, təkcə bizim deyil – bizimlə birlikdə inanan, çalışan və böyüyən hər kəsin qələbəsidir.” O, xüsusilə Babək Ümüdova minnətdarlığını bildirərək, bu yolun onun dəstəyi olmadan mümkün olmayacağını vurğulayıb.
E-Legal artıq güclü tərəfdaşların dəstəyi ilə yeni mərhələyə qədəm qoyur. Gələcəkdə bizi hüquq sahəsində sərhədləri aşan, oyunun qaydalarını dəyişən layihələr gözləyir.