Tesla-nın baş direktoru İlon Maskın Dogecoin sevgisini bilməyən yoxdur. Bu kripto pula olan həvəsini hər fürsətdə dilə gətirən məşhur iş adamı bu yaxınlarda Twitter-in loqosunu Dogecoin simvolu olan Şiba İnu itinin təsviri ilə əvəz edib.
Dogecoin haqqında məlumat dərc etdikdən və nəhayət Twitter loqotipini Dogecoin simvolu ilə dəyişdirdikdən sonra Elon Musk 'insayder ticarəti' və Dogecoin qiymətini manipulyasiya etməkdə günahlandırılır.
Bundan narahat olan investorlar Maskın çox insana asanlıqla çataraq böyük təsir göstərdiyini, məhşur iş adamı olduğu üçün bu gücdən istifadə edərək digər investorların hesabına kriptovalyutalarda kar əldə etdiyini bildirib.
Manhetten federal məhkəməsində açılan işdə, Maskın aprel ayında Twitter loqotipini Dogecoin loqosu ilə əvəz etdikdən sonra təxminən 124 milyon dollar dəyərində Dogecoin satdığı və sikkənin dəyərinin 30 faiz artmasına səbəb olduğu iddia edilir.
Maskın bu və buna bənzər manipulyasiyalarına görə kripto pulların dəyərinin son bir neçə ildə 36 min artdığı bildirilir. İlon Maskın manipulyasiyalarından zərər çəkən investorlar məşhur iş adamını ümumilikdə 258 milyard dollarlıq məhkəməyə verib.
Maskın vəkilləri isə bu işin uydurma olmasından başqa bir açıqlama verməyiblər. Forbes-in məlumatına görə, məşhur iş adamının sərvəti hazırda 203 milyard dollardır. Bu məhkəmə işini qazanmaması, şübhəsiz ki, İlon Maskı çox çətin vəziyyətə salacaq.