Az | EN

Shazam 20 illik yubileyini qeyd edir

Cəmil Hüseynzadə
20 Avqust 2022 16:25
456 baxış
Shazam 20 illik yubileyini qeyd edir

Populyar musiqi tətbiqi Shazam bu həftə 20 illik yubileyini qeyd edir

2018-ci ildə Apple tərəfindən satın alınan platforma 2002-ci ilin avqustunda fəaliyyətə başlayıb. Doğum günü təbiriki olaraq Apple hər təqvim ilində ən çox “Shazamlaşdırılmış” mahnıları özündə əks etdirən 20 İllik Shazam Hits pleylistini paylaşıb. Apple həmçinin, xidmətin aylıq 225 milyon aktiv istifadəçisi tərəfindən təqdim edilən kliplərdən aşkar edilən 70 milyard ümumi trek tanınmasını keçdiyini açıqlayıb. 

Shazam Entertainment Limited 1999-cu ildə Berkli Kaliforniya Universitetinin tələbələri olan və Londonda yerləşən Viant internet konsaltinq firmasında çalışan Kris Barton, Flip Inqhelbrect və Eyveri Vang, Dhirac Muxerji tərəfindən təsis edilib.

2002-ci ildə Shazam fəaliyyətə başlayanda xidmət yalnız Böyük Britaniyada istifadəyə veriliv və istifadəçilər "2580" nömrəsinə musiqini tapmaq üçün mobil telefonlarından zəng edirdilər. Musiqi dinlədildikdən 30 saniyə sonra telefon avtomatik olaraq sönürdü və daha sonra istifadəçiyə mahnının adı və ifaçının adını ehtiva edən mətn mesaj şəklində göndərilirdi. Daha sonra, xidmət istifadəçiyə mahnını onlayn yükləmək üçün mətn mesajına hiperlinklər əlavə etmişdi.

Shazam oxunan səsin qısa nümunələrini toplamaq üçün smartfon və ya kompüterin daxili mikrofonundan istifadə edir. O, nümunə əsasında akustik barmaq izini yaradır və onu mərkəzi məlumat bazası ilə müqayisə edir. Əgər uyğunluq tapsa, o, ifaçı, mahnı adı və albom kimi məlumatları istifadəçiyə geri göndərir.

Texnologiyanın inkişafı ilə Shazam əsas ideyanı saxlayaraq müxtəlif dəyişikliklər etməyə başladı. Bu dəyişikliklər uğurlu oldu. Platformanın veb və mobil (tətbiq) versiyalarının yayımlanması onu daha da populyarlaşdırdı. 

2006-cı ildə istifadəçilər hər zəngə görə 0,60 avro və ya ayda 4,50 funt sterlinq ödəyirdilər, limitsiz istifadə üçün onlayn xidmətdən yararlana bilirdilər. 2018-ci il tarixinə xidmət Apple şirkəti tərəfindən 400 milyon dollara alındı. Bu vaxta qədər Shazamda ən çox axtarılan sənətçi 350 milyondan çox axtarış ilə Drake, ən çox axtarılan musiqi 41 milyondan çox axtarış ilə Dance Monkey-dir.

© copyright 2022 | tech.az | info@tech.az