Az | EN

SİMA İmza elektron imzanın istifadəçi sayı 1 milyonu ötüb

Cəmil Hüseynzadə
29 Mart 2024 15:14
139 baxış
SİMA İmza elektron imzanın istifadəçi sayı 1 milyonu ötüb

SİMA İmza elektron imzanın istifadəçi sayı 1 milyonu ötüb. Bu barədə məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev X hesabında paylaşıb. Paylaşımda “Ölkəmizin rəqəmsal transformasiyasını sürətləndirən mühüm layihələrdən olan "SİMA İmza" mobil tətbiqinin istifadəçi sayı 1 milyonu ötüb."SİMA İmza"nın arxasında duran komandanı təbrik edir, yeni nailiyyətlər arzulayıram.” sözləri qeyd edilib.

“SİMA İmza” ilə artıq elektron imza əldə etmək üçün xidmət mərkəzlərindən asılılığa son qoyulub. Bununla da dünyanın istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir Azərbaycan vətəndaşı, Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər və fərdi sahibkarlıq fəaliyyəti göstərən vətəndaşlarımız olduğu yerdən elektron xidmətlərdən yararlanır. Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə və fərdi sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da sadələşməsinə təkan verir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran rəqəmsal imzanın ölkəmizdə biznes proseslərini sürətləndirdiyi müşahidə olunur.

© copyright 2022 | tech.az | info@tech.az