Az | EN

SOCAR problemlərin həllini startaplarda görür

Cəmil Hüseynzadə
27 İyun 2024 12:24
220 baxış
SOCAR problemlərin həllini startaplarda görür

Bakıda SABAH.hub-ın təşkilatçılığı ilə Baku ID tədbiri keçirilir. 2-gün davam edəcək tədbirin bu gün açılışı olub. Baku ID tədbirinin ilk günündə keçirilən “Driving innovation adn transitioning to a knowledge-based economy” panel müzakirəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf də çıxış edib. Rövşən Nəcəf texnologiyanın önəmindən, insan resursunun rolundan və karbon emissiyasından danışıb. Çıxışında “Şirkət hədəflərini açıqlayıb - 2050-ci ilə qədər sıfır karbon qazı emissiyasına nail olmaq və 2035-ci ilə qədər metan emissiyalarını minimuma endirmək. Bu iddialı planların həyata keçirilməsi startaplar və tədqiqatçılar tərəfindən təmin edilə bilən yeni texnologiyalar və innovasiyaların tətbiqi olmadan mümkün deyil.” sözlərini deyib.

Qeyd edək ki, SOCAR Baku ID tədbirinin sponsorudur.

© copyright 2022 | tech.az | info@tech.az