Az | EN

Son 24 saat ərzində 1 milyon insan “Bluesky” platformasında qeydiyyatdan keçib

Röya Yusifbəyli
15 Noyabr 2024 18:02
180 baxış
Son 24 saat ərzində 1 milyon insan “Bluesky”  platformasında qeydiyyatdan keçib

“Bluesky” platforması cümə axşamı axşam saatlarında saytdan 1 milyon insanın qeydiyyatdan keçdiyini bildirib. Həmin gün saytın ən məşğul günlərindən biri kimi qeydə alınıb. Bu həm də sosial şəbəkənin ümumilikdə 16 milyon istifadəçini keçməsi mənasına gəlir.

Platformanın bu barədə hesabatı “Instagram” şirkətinin rəhbəri Adam Mosseri`nin “Threads” platformasında noyabr ayı üzrə 15 milyondan çox insanın qeydiyyatdan keçdiyini söyləməsindən bir neçə saat sonra açıqlanıb. Mosseri həmçinin bildirib ki “Meta”nın sahibi olduğu  “Threads” platformasında son 3 ayda hər gün 1 milyon insan qeydiyyatdan keçib.

Həmçinin “Bluesky”ın proqram tərtibatçısı bildirib ki Cümə axşamı günü internet provayderinin kabelində yaranmış problemə görə internet kəsilməsi baş verib və istifadəçilər bir müddət platformaya daxil ola bilməyib.

Platformaya son bir neçə ayda Braziliyada “X” platformasının banlanması, “Threads” platformasındakı tənzimləmələr və ABŞ-dakı prezident seçkilərinin nəticəsindən sonra davamlı istifadəçi axını olub.

Belə ki, “X” platformasının sahibi Ilon Mask ABŞ-ın hazırki prezidenti Donald Trampı dəstəklədiyi üçün “X”`də istifadəçilərin xəbər lentinə tez-tez onu dəstəkləyən postlar yerləşdirirdi. “ABŞ-da prezident seçkilərinin nəticəsi açıqlandıqdan sonra 1 həftə içində 1 milyondan çox insan platformada qeydiyyatdan keçib”, - deyə “Bluesky” şirkətindən bildirilib.

Həmçinin platformada qeydiyyat sayının artması onu “App Store”da ABŞ üzrə pulsuz mobil tətbiqlər cədvəlində yuxarı sıralara yerləşdirib. Aşağı sıralarda isə “ChatGPT” və “Threads” yer alıb. Lakin “Bluesky” 275 milyon istifadəçisi olan “Threads” və “X”dən çox kiçikdir. Bununla belə, platformanın baş direktoru Cey Qraber bu həftənin əvvəlində “Bluesky”ın “X”dən daha yüksək baxışa sahib olması ilə bağlı paylaşım edib.

© copyright 2022 | tech.az | info@tech.az