Microsoft "Call of Duty" və "World of Warcraft kimi oyunların istehsalçısı Activision Blizzard-ı satın alacağını keçən il açıqlamışdı. Şirkət tərəfindən verilən açıqlamada Microsoft-un Activision Blizzard-ı səhm başına 95 dollar qarşılığında 68,7 milyard dollara alacağı bildirilmişdi. Bu satınalma həyata keçərsə Microsoft Tencent və Sony-dən sonra dünyanın üçüncü ən böyük oyun şirkəti olacaq.
Satınalma ilə bağlı Sony şirkəti Microsoft-a sanksiya tətbiq edəcəyini açıqlayıb. Sony Microsoftun Activision Blizzard-ı 68,7 milyard dollara satın alacağı təqdirdə PlayStation 6 məlumatlarını Activision Blizzard ilə paylaşmayacağını bildirib.
PlayStation-ın CEO-su Jim Ryan Sony-nin birbaşa rəqib şirkətinin bu məlumatlara daxil olması riskini öhdəsinə götürə bilməyəcəyini söyləyib və növbəti konsolu ilə bağlı məxfi təfərrüatları artıq paylaşmayacağı üçün oyunun inkişaf prosesinin də kəsiləcəyini bildirib.
Beləliklə, Microsoft Activision Blizzard şirkətini alarsa, o, artıq PlayStation konsolu üçün oyunlar hazırlaya bilməyəcək.