Az | EN

SpaceX 137 milyard dəyərləndirmə ilə yatırım aldı

Cəmil Hüseynzadə
03 Yanvar 2023 14:49
409 baxış
SpaceX 137 milyard dəyərləndirmə ilə yatırım aldı

Elon Musk-ın SpaceX şirkəti, Andreessen Horowitz də daxil olmaqla, sərmayəçilərdən yeni investisiya alıb. Raket və peyk şirkəti 137 milyard dollar dəyərləndirmə ilə yeni maliyyələşdirmə mərhələsində 750 milyon dollar investisiya alıb.

İnvestorları arasında Alphabet Inc (Google) və Fidelity Investments şirkətlərini olduğunu bildirən SpaceX iyun ayında səhmlərin maliyyələşdirilməsi yolu ilə təxminən 1,68 milyard dollar yatırım almışdı. 

Keçən il SpaceX bir neçə yeni mərhələyə nail olmuşdu. Lakin NASA-nın kosmonavtlarını Aya qaytarmaq səylərinin bir hissəsi olan Starship proqramında gecikmələrlə üzləşmişdi. Üstəlik, şirkətin peyk internet xidməti Starlink 1 milyon abunəçini ötdü və Rusiyanın işğalından sonra infrastruktur pozğunluqlarına məruz qalan Ukraynada istifadəçilər üçün internet təmin etdi. SpaceX həmçinin Falcon proqramı vasitəsilə bir il ərzində 60 təkrar istifadə edilə bilən raket buraxılışını ötməyi bacardı.

Şirkət hazırda Texas ştatının Boka Çika şəhərindəki Starbase obyektində Starship və Super Heavy reaktiv daşıyıcılarının inkişafını davam etdirir.

© copyright 2022 | tech.az | info@tech.az