Baş direktor Daniel Ekin verdiyi açıqlamaya görə Spotify bu il üçüncü dəfə kütləvi ixtisarlara gedəcəyini açıqlayıb. Qlobal iqtisadi qeyri-müəyyənlik və xərclərin azaldılması zərurəti şirkəti bu qərara vadar edib. Ən azı 1500 işçi ixtisara salınacaq ki, bu da şirkətin 9250 işçisinin təxminən 17 faizini əhatə edir. Daniel Ek açıqlamasında qlobal iqtisadi qeyri-müəyyənliyin davam etdiyini və xərcləri azaltmaq məcburiyyətində olduqlarını bildirib.
Yanvar ayında 600, bir neçə ay sonra isə daha 200 işçisi ilə yollarını ayıran şirkət indi ən böyük kütləvi ixtisarı həyata keçirəcək.