Az | EN

Spotify 2023-cü ilin üçüncü rübünün maliyyə nəticələrini dərc edib

Cəmil Hüseynzadə
25 Oktyabr 2023 12:00
495 baxış
Spotify 2023-cü ilin üçüncü rübünün maliyyə nəticələrini dərc edib

Yeni maliyyə hesabatına görə Spotify-ın aylıq aktiv istifadəçiləri 2022-ci ilin üçüncü rübü ilə müqayisədə 26% artaraq 574 milyona çatıb. Abunəçilərin sayı da 16% artaraq 226 milyona çatıb. Şirkətin gəliri illik müqayisədə 11% artaraq 3,4 milyard avroya yüksəlib. Bu gəlir artımı ilə yanaşı, ümumi mənfəət 26,4% artıb və şirkət 32 milyon avro əməliyyat gəliri əldə edib.

Uzun müddətdir zərərlə üzləşən Spotify bu rübdə yenidən qazanc əldə edib.

Əvvəlki illərin məlumatları ilə müqayisə edildikdə, Spotify-ın nə qədər böyüdüyünü görmək mümkündür. 2020-ci ilin üçüncü rübündə aylıq aktiv istifadəçilərin sayı 299 milyon, abunəçi sayı isə 138 milyon olduğu halda, bu rəqəmlər 2021-ci ildə müvafiq olaraq 365 milyon və 165 milyon, 2022-ci ildə isə 433 milyon və 188 milyon nəfərə yüksəlib. Bu davamlı artım şirkətin sənayedə nə qədər uğurlu olduğunun göstəricisidir. Xüsusilə gəlirdəki bu artım, Spotify-ın çətin günləri geridə qoyduğuna işarə olaraq görülür.

© copyright 2022 | tech.az | info@tech.az