Az | EN

Spotify artıq App Store vasitəsilə edilən ödənişləri qəbul etməyəcək

Nail Valiyev
06 İyul 2023 12:51
271 baxış
Spotify artıq App Store vasitəsilə edilən ödənişləri qəbul etməyəcək

Bir çox proqramlar App Store vasitəsilə tətbiqdaxili alış seçimləri ilə istifadəçilərindən ödənişlər alır. Onlardan biri bir müddət Spotify tətbiqi idi. Lakin sonradan edilən ödəniş müqaviləsi tərəflərin fikir ayrılığı nəticəsində ləğv edilib və Spotify tətbiqi üçün App Store vasitəsilə ödəniş etmək imkanı bağlanıb.

2014 və 2016-cı illər arasında Spotify App Store vasitəsilə ödəniş etmək mümkün idi. Bu illər arasında Spotify Premium-a keçən və ödənişlərini App Store faturalandırması ilə ödəyən bir çox istifadəçi hələ də App Store ilə ödəniş edir.

“App Store” öz qaydalarına uyğun olaraq platformada edilən alış-veriş üçün 30 faiz komissiya alır. Spotify 2016-cı ildə 30 faizlik komissiyaya qarşı çıxaraq App Store vasitəsilə edilən ödənişləri qəbul etməyib və o vaxtdan etibarən istifadəçiləri Spotify masa üstü tətbiqinə yönləndirərək şəxsi debet və kredit kartları ilə ödənişləri qəbul etməyə başlayıb. 2014-2016-cı illər arasında App Store vasitəsilə alış-veriş edən və aradan keçən 7-9 il ərzində bəzi istifadəçilər hələ də ödənişlərini App Store vasitəsilə həyata keçirirlər.

Bununla belə, Spotify indi bu istifadəçilərin ödənişlərini öz kartları ilə etmələrini istəyir. Bu səbəbdən “App Store” vasitəsilə ödəniş edən istifadəçilərə elektron məktub göndərilib. Məktubda qeyd olunur ki, ayın sonuna kimi yeni ödəniş üsuluna keçməsələr, ödənişsiz lakin reklamlı paketə keçəcəklərini bildirilib.

© copyright 2022 | tech.az | info@tech.az