Spotify istifadəçiləri arasında populyar olan bir funksiya ilə bağlı əhəmiyyətli dəyişiklik edib. Şirkət həm ödənişsiz, həm də ödənişli (Premium) istifadəçilər üçün əlçatan olan mahnı sözlərini göstərmə funksiyasını indi yalnız Premium istifadəçilər üçün əlçatan etmək qərarına gəlib.
Bu dəyişiklik bəzi ödənişsiz istifadəçilərin qarşısına tətbiqdə çıxan "Spotify Premium-da mahnı sözlərindəndən həzz alın" xəbərdarlığı mesajından sonra bəlli olub. Bu xüsusilə bu funksiyadan tez-tez istifadə edən ödənişsiz istifadəçilər arasında böyük məyusluq yaradıb.
Spotify tərəfindən edilən açıqlamada bu dəyişikliyin şirkətin müntəzəm olaraq tətbiqdaxili təcrübə və xüsusiyyətləri test etdiyi prosesin bir hissəsi olduğu bildirilib.