Az | EN

Spotify-ın aylıq istifadəçilərinin sayı 515 milyona çatıb

Nail Valiyev
25 Aprel 2023 16:55
265 baxış
Spotify-ın aylıq istifadəçilərinin sayı 515 milyona çatıb

Spotify-ın verdiyi yeni məlumata görə, platformanın aylıq aktiv istifadəçilərinin sayında ciddi artım müşahidə olunub. Paylaşılan detallara görə, ilin ilk rübündə Spotify-ın aylıq istifadəçilərinin sayı 515 milyona çatıb. Qeyd edək ki, Spotify aylıq aktiv istifadəçi sayına görə ilk dəfə 500 milyonluq həddi keçib.

Ötən ilin yanvarında isə Spotify-ın istifadəçilərinin sayı 200 milyonu keçmişdi. 

Növbəti rüb üçün proqnozlarını paylaşan Spotifyın təxminlərinə əsasən, ilin ikinci rübündə aylıq aktiv istifadəçilərin sayı 530 milyona çatacaq. Son olaraq onu da əlavə edək ki, Spotify-ın 2030-cu ilə qədər istifadəçi sayını 1 milyarda çatdırmaq və illik 100 milyard dollar gəlir əldə etmək kimi bir planı var.

© copyright 2022 | tech.az | info@tech.az