Az | EN

Spotify-ın Rusiyadakı fəaliyyətinin dayandırılması qərara alınıb

Nail Valiyev
18 Dekabr 2023 10:55
581 baxış
Spotify-ın Rusiyadakı fəaliyyətinin dayandırılması qərara alınıb

Rusiyada “Spotify” xidmətinin yeganə hüquqi şəxsi fəaliyyətini dayandırıb.

Məlumata görə, dekabrın 14-də qeydiyyatı ləğv edilən “Spotify MMC” şirkəti 2014-cü il yanvarın 13-də Rusiya Federasiyasında qeydiyyatdan keçib və 6 fevral 2023-cü ildə xidmətin ləğvi üçün müraciət edib. İsveçdə yerləşən musiqi xidməti ətraflı təhlildən sonra 11 aprel 2022-ci ildə Rusiyadakı fəaliyyətini dayandırıb. Spotify-ın Rusiyada artıq aktiv olmadığı bildirilsə də, istifadəçilərin tətbiq parametrlərindən ölkəni dəyişərək xidmətdən istifadə etməyə davam edə biləcəkləri bildirilir.

© copyright 2022 | tech.az | info@tech.az