Az | EN

Spotify konsert bileti satışına başlayıb

Cəmil Hüseynzadə
11 Avqust 2022 13:13
362 baxış
Spotify konsert bileti satışına başlayıb

Spotify istifadəçiləri digər bilet satış platformalarına yönləndirmək yerinə platforma daxilində bilet satışını təmin edən funksiyanı işə salıb. Yenilik ilə qarşıdan gələn konsertlərin siyahısı platforma daxilində yerləşdirilib və istifadəçilər onlayn olaraq istədikləri konsertə bilet ala bilirlər.

Rəsmi olaraq yeni funksiya elan edilməsə də, platforma daxilində artıq işləkdir. Platforma konsertləri artıq sıralayıb və bilet satışı başlayıb.

“Spotify-da biz istifadəçi təcrübəmizi yaxşılaşdırmaq üçün müntəzəm olaraq yeni məhsul və ideyaları sınaqdan keçiririk. Bunlardan bəziləri daha geniş istifadəçi təcrübəmiz üçün yol açır, digərləri isə yalnız vacib öyrənmələr kimi xidmət edir. Tickets.spotify.com bizim ən son testimizdir. Hazırda gələcək planlarla bağlı paylaşacağımız başqa xəbərimiz yoxdur” – şirkət TechCrunch-a açıqlamasında bildirib.

© copyright 2022 | tech.az | info@tech.az