Az | EN

Spotify yeni funksiya üzərində işləyir

Səbinə Eyvazova
27 Noyabr 2023 11:31
131 baxış
Spotify yeni funksiya üzərində işləyir

Dünyanın ən məşhur onlayn musiqi və podcast platforması olan Spotify yeni funksiya üzərində işləyir. Spotify-ın beta versiya kodlarında aşkar edilən bu xüsusiyyət istifadəçilərə istəyə bağlı olaraq "şəxsi tövsiyələr" funksiyasını deaktiv etməyə imkan verəcək.

İstifadəçilər ümumiyyətlə dinləmə vərdişlərinə görə tövsiyələr alsalar da, yeni funksiya sayəsində bu funksiyanı bəyənməyən istifadəçilər istənilən vaxt onu söndürmək imkanı əldə edəcəklər. Xüsusiyyət xüsusilə paylaşılan hesablardan istifadə edən istifadəçiləri sevindirə bilər. Məsələn, eyni hesabı paylaşan müxtəlif istifadəçilər şəxsi tövsiyələrin bir-birinə qarışmasının qarşısını ala biləcəklər.

Spotify tərəfindən rəsmi açıqlama verilməsə də, şirkət sözçüsü açıqlamasında yeni funksiyanın hələ geniş istifadəçi kütləsinə təqdim edilmədiyini və "qiymətləndirmə" mərhələsində olduğunu bildirib. Spotify istifadəçi rəyi əsasında funksiyanı təkmilləşdirməyə davam edəcək. 

© copyright 2022 | tech.az | info@tech.az