Az | EN

Spotify yeni funksiyasını sınaqdan keçirir

Bənövşə Kazımova
03 Aprel 2023 15:46
267 baxış
Spotify yeni funksiyasını sınaqdan keçirir

Yeni funksiya ilə şirkət istifadəçilərə platformada  sosial media hesablarında olduğu kimi profil yaratmağa imkan verəcək.

Spotify şirkətinin təqdim etdiyi yeni formatda ekranın yuxarı hissəsində Instagram-ın xatırladan fotoşəkil, istifadəçinin adı, eləcə də hansı Spotify hesabına abunə olduğu, nə qədər müddətdir Spotify üzvü olduğu qeyd olunacaq. Həmçinin istifadəçilərin pleylistləri, son zamanlar dinlədikləri ifaçıların siyahıları göstəriləcək. Məlumata görə, profildə istifadəçiləri izləməyə imkan verən düymə və profil redaktələri üçün başqa bir düymə də yer alacaq. 

Spotifiy-ın bu xüsusiyyəti hələlik hər kəs üçün əlçatan deyil.

© copyright 2022 | tech.az | info@tech.az