Az | EN

Starlink Azərbaycanda ofis açıb

Cəmil Hüseynzadə
30 Dekabr 2022 16:29
2807 baxış
Starlink Azərbaycanda ofis açıb

Starlink şirkəti Azərbaycanda ofis açıb. Bununla bağlı artıq bütün hazırlıq işləri yekunlaşmaq üzrədir. Noyabrın 1-də Amerikanın peyk internet provayderinin törəmə şirkəti olan “Starlink Azerbaijan” MMC Bakıda qeydiyyatdan keçib. 

Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən verilən məlumata əsasən, şirkətin hüquqi ünvanı Azur Biznes Mərkəzində yerləşir. Starlink Azerbaijan şirkətinə Dreyer Lauren Ashley rəhbərlik edəcəkdir. O bu vaxta qədər Starlink şirkətində biznes əməliyyatları üzrə baş direktor vəzifəsində çalışırdı. 

"Starlink"in Azərbaycanda 2023-cü ildən başlayaraq fəaliyyət göstərməsi gözlənilir. Şirkətin təqdim etdiyi xidmətlər üzrə sifarişlər növbə prinsipi ilə həyata keçirilir. Starlink sifarişləri qəbul etməyə başlayıb. Rezervasiyalar üçün depozit 99 dollardır.

© copyright 2022 | tech.az | info@tech.az