“Downdetector” xidmətinin məlumatına görə, istifadəçilər internetə qoşulmaqda çətinliklərlə üzləşiblər, siqnal zəif olub və ya bağlantı tamamilə dayanıb. Təxminən 43,000-dən çox istifadəçi bu şikayətləri qeyd edib və xidmət qısa müddət sonra yenidən bərpa olunub.
Əsas problem ABŞ-də müşahidə olunub, lakin Böyük Britaniya, Almaniya, Kanada və Meksikada da oxşar şikayətlər qeydə alınıb. İstifadəçilər “Starlink” terminallarının işləməməsindən və ya zəif siqnal qəbulundan narazı qalıblar.
Azərbaycanlı istifadəçilərdən bu barədə şikayət daxil olmayıb. Qeyd edək ki, “Starlink” Azərbaycanda 29 mart 2025-ci ildən fəaliyyət göstərir.
Hazırda xidmət tam olaraq bərpa olunub. “Starlink” şirkəti bu problem barədə hələ rəsmi açıqlama verməyib.