İlon Maskın baş direktoru olduğu Starlink öz internet sahəsini genişləndirir.
Starlink şəbəkəsinin sürətinin təyyarələrdə 300 Mps- ə çatacağı bildirilib.
Şirkət təyyarələrdə bu xidməti həyata keçirmək üçün bir sıra sınaqlar keçirib. İlk sınaq bu yaxınlarda JSX-in Burbank-dan Kaliforniya ştatının San-Xose şəhərinə regional uçuşunda həyata keçirilib. Uçuş zamanı sərnişinlərə 100 Mbit/s sürət verilib.
Amma İlon Maskın Twitter-də verdiyi açıqlamaya əsasən, müəyyən təkmilləşdirilmələrdən sonra bu sürətin 300 Mps-ə qədər artırılacağı qeyd edilib. Həmçinin, Mask yüksək sürətli internet fəaliyyətinin indi bütün dünyada mövcud olduğunu, Antarktidada o cümlədən, bütün qitələrdə xidmətin aktiv olduğunu da bildirib.