Az | EN

Strava artıq AirPods Pro 3 ilə nəbzi izləyəcək

Cəmil Hüseynzadə
14 May 2026 18:50
52 baxış
Strava artıq AirPods Pro 3 ilə nəbzi izləyəcək

Strava iOS tətbiqi üçün yeni yeniləmə yayımlayıb. Yeniləmə ilə birlikdə artıq AirPods Pro 3 vasitəsilə ürək ritmini real vaxtda izləmək mümkün olacaq.

9to5Mac-ın məlumatına görə, AirPods Pro 3 Apple tarixində daxili nəbz sensorları ilə təchiz olunan ilk qulaqlıq modelidir. İstifadəçilər məşq zamanı ürək döyüntüsü məlumatlarını birbaşa Strava tətbiqinə ötürə biləcəklər. Funksiya həm təkcə qulaqlıqla, həm də Apple Watch ilə birlikdə işləyir.

Əgər hər iki cihaz eyni anda istifadə olunarsa, Strava avtomatik olaraq ən stabil və dəqiq siqnalı seçir. Şirkət bildirir ki, bu xüsusiyyət qaçış, velosiped və güc məşqləri zamanı əlavə avadanlığa ehtiyac olmadan daha dəqiq nəticələr əldə etməyə imkan verir. Yeni funksiyanın işləməsi üçün minimum iOS 18 tələb olunur.

Bununla yanaşı, Strava fizioterapiya məşqləri üçün də yeni bölmə əlavə edib. İstifadəçilər artıq bərpa məşqlərini qeyd edə, həftəlik və aylıq irəliləyişlərini izləyə biləcəklər.

© copyright 2022 | tech.az | info@tech.az