Az | EN

Süni intellekt Duolingonu milyardlıq şirkətə çevirdi

Nigar Sultanli
08 Avqust 2025 16:00
117 baxış
Süni intellekt Duolingonu milyardlıq şirkətə çevirdi

Duolingo şirkəti aprel ayında “süni intellektə əsaslanan” şirkətə çevriləcəyini elan edib və müqaviləli işçilərin sayını azaltmağa başlayıb. Şirkət yeni süni intellekt texnologiyalarından istifadə edərək 148 yeni dil kursu əlavə edib və dil seçimlərini iki dəfədən çox artırıb.

Bəzi istifadəçilər bu yeniliklərin tətbiqindən narazı qalsalar da, şirkətin maliyyə göstəriciləri əksini göstərir. Duolingo bu il gəlirinin 1 milyard dolları ötəcəyini gözləyir, gündəlik aktiv istifadəçilərinin sayı isə keçən ilə nisbətən 40% artıb.

Şirkətin baş icraçı direktoru Luis fon Ahn bildirib ki, süni intellektlə bağlı etdiyi bəzi açıqlamalar kifayət qədər izah olunmadığı üçün sosial mediada tənqid olunublar. Bunun üzərinə şirkət sosial mediada daha müsbət məzmun paylaşmağa başlayıb və bu, öz təsirini göstərib.

TikTok-da Duolingo videolarının altında hələ də şirkətin süni intellekt strategiyasına qarşı şərhlər var, amma Duolingo bu videoların komandası tərəfindən hazırlandığını bildirir.

Ümumilikdə, ictimai rəydə fərqli fikirlər olsa da, Duolingo-nun gəlirləri və istifadəçi sayı artmağa davam edir və şirkət üçün əsas məhz bu göstəricilərdir.

© copyright 2022 | tech.az | info@tech.az