Az | EN

Teknofest 2024 həyəcanı başladı! Qeydiyyatdan keçməyə tələsin!

Cəmil Hüseynzadə
10 Yanvar 2024 17:24
922 baxış
Teknofest 2024 həyəcanı başladı! Qeydiyyatdan keçməyə tələsin!

Dünyanın ən böyük texnologiya müsabiqələrinin keçiriləcəyi TEKNOFEST 2024 Texnologiya Müsabiqələri bu il 46 fərqli kateqoriya və 117 alt kateqoriyada təşkil olunacaqdır. İbtidai məktəbdən universitetə ​​qədər bütün təhsil pillələrindən gənclərin, məzunların və mütəxəssislərin iştirak edə biləcəyi yarışlarda ilkin seçim mərhələsini keçən komandalar 50 milyon TL-dən çox ləvazimat dəstəyi ilə təmin ediləcək, finala çıxan komandalara nəqliyyat və qonaqlama dəstəyi veriləcəkdir. Qalib komandalara 25 Milyon TL-dən çox pul mükafatı veriləcəkdir.
Kosmos və aviasiyadan, səhiyyə və proqram təminatına, nəqliyyat sistemlərindən dizayn və təhsilə, ətraf mühit və kənd təsərrüfatı texnologiyalarına kimi bir birindən fərqli, tamamı gələcəyin aparıcı sahələri olan müxtəlif müsabiqələr haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz. 

Müraciət üçün açıq müsabiqələr:

  • Ağıllı Nəqliyyat Müsabiqəsi
  • Biotexnologiya İnnovasiya Müsabiqəsi
  • Ətraf Mühit və Enerji Texnologiyaları Müsabiqəsi
  • Çip Dizayn Müsabiqəsi
  • Şaquli Enişli Raket Müsabiqəsi
  • Təhsil Texnologiyaları Müsabiqəsi
  • Əngəlsiz Yaşam Texnologiyaları Müsabiqəsi
  • Helikopter Dizayn Müsabiqəsi
  • Hyperloop İnkişaf Müsabiqəsi
  • İnsanlıq Yararına texnologiya Müsabiqəsi
  • Pilotsuz Sualtı Sistemlər Müsabiqəsi
  • Pilotsuz Uçuş Aparatı Müsabiqəsi
  • Jet Mühərrik Dizayn Müsabiqəsi
  • Model Peyk Müsabiqəsi
  • Pardus Xəta Aşkarlama və Təklif Müsabiqəsi
  • Psixologiyada Texnoloji Tətbiqlər Müsabiqəsi
  • Robotaksi-Sərnişin Avtonom Nəqliyyat Müsabiqəsi
  • Raket Müsabiqəsi
  • Səhiyyədə Süni İntellekt Müsabiqəsi
  • Döyüşən Pilotsuz Uçuş Aparatı Müsabiqəsi
  • Kənd Təsərrüfatı Texnologiyaları Müsabiqəsi
  • Turizm Texnologiyaları Müsabiqəsi
  • Uçan Avtomobil Simulyasiya Müsabiqəsi
  • Nəqliyyatda Süni İntellekt Müsabiqəsi
  • Sürü Pilotsuz Uçuş Aparatı Müsabiqəsi
  • Orta Məktəb Şagirdlərinin İqlim Dəyişikliyi Araşdırma Layihələri Müsabiqəsi
  • Orta Məktəb Şagirdlərinin Qütb Araşdırma Layihələri Müsabiqəsi
  • Efficiency Challenge Elektrikli Avtomobil Müsabiqəsi
  • Universitet Tələbələri Araşdırma  Layihə Müsabiqəsi
  • Maliyyə Texnologiyaları Müsabiqəsi (YENİ)
  • TEKNOFEST Robolig Müsabiqəsi (YENİ)
  • Simsiz Rabitə Müsabiqəsi (YENİ)

Yaxın günlərdə müraciətlərin elan olunacaq müsabiqələr;

  • Sənayedə Rəqəmsal Texnologiyalar Müsabiqəsi
  • Kənd Təsərrüfatı Pilotsuz Yerüstü Nəqliyyat Vasitəsi Müsabiqəsi
  • Hack Masters
  • ISIF
  • Robototexnika Müsabiqəsi
  • Travel Hackathon
  • TÜBA-TEKNOFEST Doktorantura Bilim Müsabiqəsi
  • Türkcə Təbii Dilin Emalı Müsabiqəsi
  • TEKNOFEST Dron Çempionatı
  • Dünya Dron Kuboku
  • Blockchain Müsabiqəsi (YENİ)
  • Hava Hücumundan Müdafiə Sistemləri Müsabiqəsi (YENİ)
  • Pilotsuz Dəniz Vasitələri Müsabiqəsi (YENİ)
  • Ağıllı Wi-Fi Əhatə Dairəsi Müsabiqəsi (YENİ)


Festival coşğusunu Türkiyənin hər tərəfinə daşıyan, ayaqları yerə basmayan tək festival olan TEKNOFEST-də müsabiqələrə qoşulmaq üçün müraciət et, TEKNOFEST 2024-də sən də yerini al!

Buradan qeydiyyatdan keçə bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az