Az | EN

Telegram-a səsli mesajları əngəlləmək funksiyası gəldi

Cəmil Hüseynzadə
12 Avqust 2022 22:47
369 baxış
Telegram-a səsli mesajları əngəlləmək funksiyası gəldi

Telegram Premium bir müddət əvvəl istifadəyə verilib. Məlum olduğu kimi, Premiumda müəyyən üstünlüklər var idi. Telegram bu üstünlüklərin sayını artırmağa davam edir. Son yenilənmə ilə Telegram Premium istifadəçiləri onlara kimlərin səsli mesaj göndərə biləcəyini özü müəyyən edə bilir. Hətta istifadəçi buna qadağa da qoya bilər.

Yeniliklər bununla bitmir. Son versiyasıda xüsusi animasiyalı emojilər, interaktiv animasiyalı emojilər, iOS üçün Telegram-da yeni stiker paneli və yeni interaktiv emojilər var.

Əgər Premium-a pul xərcləmək istəməyən dostlarınız varsa və həqiqətən onların messencerə abunə olub, sınamalarını istəyirsinizsə, o zaman Premium paketi hədiyyə edə bilərsiniz. Və təkcə bir aylıq deyil, həm də üç, altı və ya on iki aylıq.

Telegram Premiumun bütün yenilikləri son versiyasında hər kəs üçün əlçatandır.

© copyright 2022 | tech.az | info@tech.az