Az | EN

Tesla avtomobillərinin qiymətləri endirilib

Bənövşə Kazımova
06 Mart 2023 15:34
575 baxış
Tesla avtomobillərinin qiymətləri endirilib

ABŞ-da Tesla şirkətinin ən bahalı modellərinin qiymətləri azaldılıb. Bu, ilin əvvəlindən bəri Tesla avtomobilləri üçün beşinci qiymət dəyişikliyidir. Bu dəfə endirim idman üslublu Model S üçün 4%-dən ən bahalı Model X üçün 9%-ə qədər dəyişir.

Belə ki, Model S-in hər iki versiyasının qiyməti 5 min dollar azaldılıb. Baza versiya Model S indi 5% ucuzlaşaraq 89 990 dollara, Plaid versiyasının qiyməti isə 4% azalaraq 109 990 dollara endirilib. Model X-in idman və baza versiyasının qiyməti 10 min dollar ucuzlaşıb. Əsas AWD komplektasiyanın qiyməti 9% azalaraq 99 990 dollara, Plaid versiyası isə 8% ucuzlaşaraq 109 990 dollara düşüb.

Bir neçə gün əvvəl İlon Mask bildirmişdi ki, son qiymət endirimləri tələbi stimullaşdırıb.

© copyright 2022 | tech.az | info@tech.az