Az | EN

Tesla bir gündə 56 milyard dollar itirib

Nail Valiyev
25 Aprel 2023 11:24
322 baxış
Tesla bir gündə 56 milyard dollar itirib

Teslanın keçən həftə bazar dəyərində ciddi itki yaşanıb. Bununla belə, elektrik avtomobili istehsalçısı ən dəyərli 10 şirkət arasında olmağa davam edir.

Səhmlərin qiymətinin düşməsi Tesla-nın bazar dəyərinin 24 saat ərzində 56 milyard dollar azalmasına səbəb olub. Müqayisə üçün bildirək ki, General Motors və Fordun müvafiq olaraq 46,8 milyard və 47,3 milyard dollar bazar dəyəri var.

2023-cü ilin birinci rübünə aid maliyyə hesabatından sonra Tesla-nın səhmlərinin qiymətləri 10% ucuzlaşıb. Bazar dəyəri 515 milyard dollara qədər azalan avtomobil istehsalçısı hələ də dünyanın ən dəyərli 9-cu şirkətidir.

İlon Maskın şəxsi sərvəti də bir gecədə 12,6 milyard dollar azalıb. Tesla-nın zəif maliyyə hesabatı ilə yanaşı, Starship kosmik gəmisinin uğursuzluğu və Twitter mavi işarə abunəlikləri ilə bağlı problemlər də bu itkinin səbəblərindəndir.

© copyright 2022 | tech.az | info@tech.az