Tesla Meksikada istehsal müəssisəsini qurmağı planlaşdırır. Bu barədə açıqlama verən Meksika prezidenti Andres Manuel Lopez Obrador Meksikada böyük avtomobil zavodu tikəcəyini bildirib.
Tech.az bu barədə məlumatı marja-az-a istinadən xəbər verir. Məlumata görə, Meksikada müəssisənin yaradılmasına 5 milyard dollardan çox sərmayə qoyulacaq. Həmçinin zavodda 1 milyona yaxın elektromobil istehsal ediləcək.
Onu da nəzərinizə çatdıraq ki, Tesla-nın baş direktoru İlon Mask “İnvestor Günü” tədbirində yeni zavod investisiyasını və genişləndirmə planlarını açıqlayacağını bildirib. Şirkətin ABŞ-ın Kaliforniya və Texas ştatlarında, həmçinin Berlin və Şanxayda avtomobil zavodları var. Bundan əlavə, Tesla Malayziyada da ofis açacaq və avtomobilləri üçün enerji doldurma məntəqələri şəbəkəsi yaradacaq.