Az | EN

Theranos Skandalının Ardınca: Bill Evans 50 milyon Dollar Yatırım Üçün Axtarışda

Cəmil Hüseynzadə
12 May 2025 10:45
43 baxış
Theranos Skandalının Ardınca: Bill Evans 50 milyon Dollar Yatırım Üçün Axtarışda

Theranos-un qurucusu Elizabet Holmsun tərəfdaşı Bill Evans, eyni sahədə fəaliyyət göstərən yeni startapı Haemanthus-u təqdim edib və bu layihəyə 50 milyon dollardan çox yatırım cəlb etməyi hədəfləyir. Haemanthus, qan, tüpürcək və sidik analizi ilə xəstəlikləri diaqnoz etmək üçün nəzərdə tutulan cihazın inkişafını həyata keçirir.

Haemanthus-un prototipi, Theranos-un məşhur Edison (miniLab) cihazına bənzəyir: düzbucaqlı forma, qapı və rəqəmsal ekran. Şirkət artıq dostlardan və ailədən 3,5 milyon dollar cəlb edib və 2025-ci ilin yazında xarici investorlar arasında əlavə 15 milyon dollar toplamağı planlaşdırır.

Haemanthus, "gələcəyin diaqnostikası" olaraq özünü təqdim edir və üç il ərzində və 70 milyon dollar sərmayə ilə cihazın geyilə bilən versiyasını yaratmağı planlaşdırır. Lakin investorlar üçün təqdimatlarda Bill Evansın Elizabet Holmsla əlaqəsi qeyd edilmir. Holms isə investorları aldadaraq 11 il müddətinə həbs cəzasına məhkum edilib.
Theranos skandalı
Theranos, 2003-cü ildə Elizabet Holms tərəfindən qurulmuş bir biotexnologiya şirkətidir. Şirkət, kiçik bir qan nümunəsindən müxtəlif tibbi analizləri tez və ucuz şəkildə həyata keçirə bilən bir cihaz inkişaf etdirməyi vəd edirdi.
Araşdırmalar nəticəsində, Theranos-un cihazının təklif etdiyi nəticələrin etibarsız olduğu və şirkətin texnoloji müvəffəqiyyətlərindən çox, marketing və PR-ə əsaslandığı üzə çıxdı. 2021-ci ildə Elizabet Holms, investorları aldatmaq və yalan məlumatlar vermək kimi cinayətlərə görə məhkum olundu və 11 il həbs cəzası aldı.

© copyright 2022 | tech.az | info@tech.az