Az | EN

Threads mobil istifadəçilərin sayına görə X-i geridə qoyub

Cəmil Hüseynzadə
19 Yanvar 2026 13:00
52 baxış
Threads mobil istifadəçilərin sayına görə X-i geridə qoyub

Threads mobil qurğularda gündəlik aktiv istifadəçilərin (DAU) sayına görə X platformasını geridə qoyub. Similarweb məlumatlarına istinadən TechCrunch yazır ki, 7 yanvar 2026-cı il tarixinə Threads-in iOS və Android üzrə gündəlik aktiv istifadəçi sayı təxminən 141,5 milyon olub. Bu göstərici X-də 125 milyon təşkil edib.

Bununla belə, X hələ də ABŞ-da Threads-dən öndədir, lakin aradakı fərq tədricən azalır. Eyni zamanda Threads-in veb versiyada demək olar ki, nəzərəçarpacaq mövcudluğu yoxdur. X-in veb versiyasından isə hər gün təxminən 150 milyon istifadəçi yararlanır.

Threads-in artan populyarlığı son aylarda davamlı inkişafla əlaqələndirilir və Grok çat-botu ilə bağlı qalmaqalla bağlı deyil. Meta ekosistemində reklam dəstəyi, kontent yaradıcılarına fokuslanma və yeni funksiyaların sürətli tətbiqi artımın əsas səbəbləri kimi göstərilir.

2025-ci ilin yekunlarına görə Threads ABŞ App Store-da ən populyar pulsuz tətbiqlər siyahısında ChatGPT-dən sonra ikinci yeri tutub.

© copyright 2022 | tech.az | info@tech.az