Az | EN

Threads tətbiqi istifadəyə verilib

Səbinə Eyvazova
06 İyul 2023 11:06
338 baxış
Threads tətbiqi istifadəyə verilib

Bir neçə gün öncə xəbər verdiyimiz kimi Meta Twitterə rəqib olacaq platforma Threadsı istifadəyə verməyə hazırlaşırdı.

Dünən gecədən etibarən Threads tətbiqi dünya üzrə hərkəs üçün əlçatan olub.

Son zamanlar İlon Maskın Twitter üçün tətbiq etdiyi yeniliklər istifadəçilər tərəfindən tənqid olunurdu. İstifadəçilər bu səbəblərdən Threads tətbiqinin buraxılmasını gözləyirdilər. 

Tətbiqin istifadəyə verilməsi ilə dünya üzrə bir çox istifadəçi tətbiqdə qeydiyyatdan keçib. Məşhur insanlar da tətbiqi paylaşaraq öz istifadəçilərini tətbiqə dəvət edir. Tətbiq istifadə verildikdən 2 saat ərzində 2 milyon istifadəçi qeydiyyatdan keçib. Bu rəqəmlər hal-hazırda sürətlə artmağa davam edir.

Bizi də Threads-da izləmək üçün buradan keçid edə bilərsiniz. 

© copyright 2022 | tech.az | info@tech.az