TikTok şirkət miqyasında yenidən strukturlaşdırma çərçivəsində işçi qüvvəsini azaltmaq qərarına gəlib.
Bildiyimiz kimi, daha əvvəl Google, Meta, Apple və Tesla kimi nəhəng şirkətlər də işçilərinin sayını azaltmaq qərarına gəliblər. Digər şirkətlərlə müqayisədə iqtisadi böhranlardan təsirlənmədiyini və gücünün yerində olduğunu vurğulayan TikTok geri addım atıb. Şirkət işçilərini ixtisar etməyə başlayıb.
ABŞ-da TikTok əməkdaşı olan David Ortiz bazar ertəsi paylaşdığı bir yazıda işinin yenidən strukturlaşmaya görə dayandırıldığını bildirib. Bununla belə, nə qədər TikTok işçisinin ixtisar edildiyi və ya risk altında olan işçilərin ümumi sayı məlum deyil.