Az | EN

Tiktok yeni proqramı "Tiktok Pulse"-ni təqdim edib

Səbinə Eyvazova
05 May 2022 13:30
662 baxış
Tiktok yeni proqramı "Tiktok Pulse"-ni təqdim edib

Məşhur sosial media platforması TikTok bir çox insan üçün gəlir mənbəyidir.İstifadəçi sayı hər gün daha da artan platforma atacağı addımla istifadəçilərinə yenilik təqdim edir. Beləliklə, TikTok YouTube Select kimi yeni bir reklam proqramı olan "TikTok Pulse"-ni təqdim edib. Hər iki proqram yüksək performans göstərənləri və brend üçün ən təhlükəsiz yaradıcıları bir araya gətirir. Şirkət bildirib ki, ilk mərhələdə ən azı 100.000 izləyicisi olan istifadəçilərin bu proqram üçün uyğun olacağını bildirib. TikTok-un Şimali Amerika qlobal biznes həlləri üzrə baş meneceri Sandie Hawkins verdiyi açıqlamada proqramın ABŞ-da iyun ayında istifadəyə veriləcəyini qeyd edib. Şirkət proqrama neçə istehsalçının icazə verəcəyini dəqiqləşdirməyib. Bununla belə, yeni proqramın platformaya daha çox yaradıcı cəlb etməyə kömək edəcəyi düşünülür. Dekabr ayında platforma məzmun yaradıcılarının pul qazanmaq üçün istifadə edə biləcəyi "Creator Next" portalını da təqdim etmişdi.Burada istifadəçilər öz videolarına və canlı yayımlarına baxanlardan virtual hədiyyələr və ödənişləri necə qəbul etməyi öyrənə bilərlər. Bunun üçün ən azı 10 min izləyicisi olan istifadəçilər müraciət edə bilər. Şirkət indi yaradıcıların monetizasiya imkanlarına reklam gəlirlərinin paylaşılmasını əlavə edir. İstifadəçilərin nə qədər qazanacağı hələ ki, bəlli deyil. Bundan əlavə, şirkət proqramın müsbət nəticə əldə edəcəyi təqdirdə istifadəçilərin ciddi pul qazanacağını düşünür.

© copyright 2022 | tech.az | info@tech.az