Az | EN

Time jurnalının “İlin adamı – 2025” seçimi: “Süni İntellektin Memarları”

Cəmil Hüseynzadə
12 Dekabr 2025 16:56
50 baxış
Time jurnalının “İlin adamı – 2025” seçimi: “Süni İntellektin Memarları”

Time jurnalı 2025-ci il üçün “İlin adamı” adına layiq görülənləri açıqlayıb. Bu il mükafat bir nəfərə deyil, “Süni İntellektin Memarları” (The Architects of AI) adlandırılan vizionerlər qrupuna verilib. Bu barədə jurnalın xüsusi buraxılışında məlumat verilir.

Redaksiya vurğulayır ki, 2025-ci ildə texnologiyaların təhlükəsizliyi ilə bağlı debatlar artıq ikinci plana keçib və əsas diqqət İİ-nin sürətli tətbiqi yarışına yönəlib.

Siyahıya daxil olan əsas fiqurlar:

  • Censen Huand (Nvidia CEO-su) — Nvidia 5 trilyon dollarlıq kapitallaşmaya çatan ilk şirkət oldu.
  • Səm Altman (OpenAI CEO-su) — OpenAI-ni 500 milyard dollarlıq nəhəngə çevirdi və 500 milyard dollarlıq büdcə ilə “Stargate” data-mərkəzləri şəbəkəsinə start verdi.
  • Mark Zukerberq (Meta CEO-su) — şirkətin məhsullarına (Instagram, WhatsApp) aqressiv şəkildə İİ köməkçiləri inteqrasiya etdi və ən yaxşı mühəndisləri yüksək maaşlarla cəlb etdi.
  • İlon Mask (X CEO-su) — Grok adlı neyroşəbəkəni hazırladı.
  • Liza Su (AMD CEO-su) — Nvidia ilə rəqabət apara biləcək proqram ekosisteminin qurulmasında liderlik edir.
  • Demis Hassabis (Google DeepMind CEO-su).
  • Dario Amodei (Anthropic CEO-su).
  • Fey-Fey Li (ImageNet CEO-su).

Time yazır ki, süni intellekt artıq dünya geopolitikasının əsas alətinə çevrilib. ABŞ və Çin arasındakı texnoloji rəqabət isə Çin şirkəti DeepSeek tərəfindən hazırlanan irəliləyiş xarakterli İİ modellərindən sonra daha da kəskinləşib.

© copyright 2022 | tech.az | info@tech.az