Monotype Rusiyadan olan istifadəçilər üçün şrift kitabxanasına girişi bağlayıb. Artıq Monotype-ın məşhur şiriftləri Times New Roman, Arial, Helvetica və başqaları Rusiyada əlçatan deyil. Şiriftlərin saytdan yüklənməsi zamanı sahibi tərəfindən qoyulmuş məhdudiyyət barədə xəbərdarlıq görünür. Monotip şriftlərinin də mövcud olduğu Microsoft Word istifadə edən şəxslər üçün hələlik bir məhdudiyyət olmadığı bildirilir. Microsoft Microsoft Office paketinin satışının Rusiyada mart ayında dayandığını nəzərə alsaq, yaxın zamanda bu şiriflərin də istifadəsinin sona çatacağını deyə bilərik.