Toshiba şirkəti aylarla davam edən görüşlərdən sonra bu ilin əvvəlində daha dəqiq bir struktur yaratmaq üçün bölünmək qərarına gəlmişdi. Lakin bu qərarın rədd edildiyi açıqlanıb. Belə ki, Toshiba-nın 2 müstəqil şirkətə çevrilməsi planlaşdırılırdı.Toshiba səhmdarlarının növbədənkənar yığıncağında şirkətin iki yerə bölünməsi planı müzakirə edilib. İclasda şirkət rəhbərliyinin təklif etdiyi ikiyə bölünmə planı səhmdarların səs çoxluğunu qazana bilməyib. İkinci ən böyük səhmdar kimi tanınan 3D İnvestment Partners-in də şirkətin alternativ satışları ilə bağlı danışıqlar aparmaq təklifi də rədd edilib.