Məlumata görə, "Toyota Motor" şirkətinin qlobal satışları fevralda 773 min 271 avtomobillə rekord səviyyəyə çatıb.
Bu barədə məlumat verən şirkət qlobal satışlarının bu ilin fevral ayında rekord həddə çatdığını və qlobal istehsalının cari ilin ardıcıl ikinci ayında da artdığını açıqlayıb.
Bildirilir ki, 2023-cü ilin fevral ayında Toyota-nın qlobal satışları 10,3% artaraq 773 min 271 avtomobilə çatıb. Amma ötən il fevral ayı şirkət üçün, xüsusilə, pis ay olub. Çünki çip çatışmazlığı səbəbindən satışlar kəskin şəkildə aşağı düşmüşdü.
Nəzərinizə çatdıraq ki, Yaponiyada istehsal güclü şəkildə bərpa olunmağa davam edir.