Az | EN

Toyota son 20 ilin ən böyük maaş artımını edəcək

Bənövşə Kazımova
23 Fevral 2023 10:24
459 baxış
Toyota son 20 ilin ən böyük maaş artımını edəcək

Avtomobil istehsalçısı Toyota şirkəti işçiləri üçün son 20 ilin ən böyük maaş artımını etməyə razılaşdığını açıqlayıb. Tech.az bu barədə marja.az-a istinadən xəbər verir.

Danışıqların ilk raundunda maaşların, o cümlədən əsas əməkhaqqı və mükafatların artırılması ilə bağlı razılaşmanın əldə edildiyi bildirilib. Şirkət işçilərin əməkhaqqı artımı faizini isə açıqlamayıb. Bu ilki mükafatların 6, 7 aylıq əməkhaqqına bərabər olacağını bildirib. Həmkarlar ittifaqının yaydığı açıqlamada sözügedən maaş artımının son 20 ilin ən böyük artımı olduğu vurğulanıb.

Yaponiyada da qiymətlər artdığından işçilərin maaşlarının artırılması gündəmdədir. Yaponiya Mərkəzi Bankının (BOJ) inflyasiya hədəfinin 2 faiz olmasına qarşı ölkədə inflyasiya 4 faizə çatıb.

© copyright 2022 | tech.az | info@tech.az