ABŞ prezidenti Donald Trampın rəsmi olaraq vəzifəyə başlamasına bir ay qalmış, Ağ Evə süni zəka üzrə məsul şəxs təyin etməyi düşündüyü iddia edilir. Bu vəzifənin əsas məqsədi federal süni zəka siyasətlərini və texnologiyanın hökumət tərəfindən istifadəsini koordinasiya etmək olacaq.
ABŞ-ın süni zəka sahəsində qlobal liderliyini qorumaq məqsədilə nəzərdə tutulan bu təyinatın, Trampın yaxın məsləhətçisi, milyarder İlon Mask ilə sıx əməkdaşlıqda çalışacağı da iddia olunur. xAI adlı süni zəka şirkətinə sahib olan Maskın birbaşa bu vəzifəyə təyin edilməyəcəyi, lakin texnologiyanın tətbiqi ilə bağlı müzakirələrdə əsas rol oynayacağı gözlənilir.
Trampın yaradacağı yeni Hökumət Səmərəliliyi Nazirliyinə (DOGE) rəhbərlik edəcək şəxslər, İlon Mask və Vivek Ramasvami, süni zəka üzrə məsul şəxsin kim olacağına da təsir edəcək əsas fiqurlar arasında olacaq.
Bundan əlavə, Ağ Evin kriptovalyuta üzrə məsul şəxs də təyin edə biləcəyi və kripto ilə süni zəkanı birləşdirərək vahid bir texnologiya lideri təyin etmə ehtimalı müzakirə olunur.
Süni zəka üzrə məsul şəxsin ABŞ Senatının təsdiqinə ehtiyacı olmayacaq. Bu da təyin olunacaq şəxsin, idarəetmə məqsədlərinə daha sürətli və sərbəst şəkildə fokuslanmasına imkan yaradacaq.