Donald Tramp X (Twitter) hesabını yenidən bəpa edib. Hesabını yenidən aktivləşdirən Tramp ilk tvitini öz şəkli ilə paylaşıb. Bu, Trampın 2021-ci il yanvarın 8-dən Co Baydenin andiçmə mərasimində iştirak etməyəcəyini elan etdiyi vaxtdan bəri ilk tvit idi.
Sonuncu dəfə 2021-ci il yanvarın 8-də paylaşdığı X sosial media platformasına qayıdan Trampın ilk paylaşımı "Seçkilərə müdaxilə. Heç vaxt təslim olma!" pul yığma səhifəsinə aparan vebsayta keçid var.
Tramp X hesabının dayandırılmasından sonra “Truth Social” adlı sosial media tətbiqini yaratmışdı. Ötən zamankarda isə o aşağıdakı açıqlamanı vermişdi:
Mən Truth Social-da olacağam. Mənim İlon Maskdan xoşum gəlir, onun gördüyü işləri bəyənirəm. O, əla şəxsiyyətdir. Mən Ağ Evdə olarkən Twitter üçün çox şey etdik. Twitter tərəfindən mənə edilən hadisədən məyus oldum və geri qayıtmayacağam.
İlon Mask Twitter-i aldıqdan sonra Trampın hesabını aktivləşdirmişdi.