Az | EN

Trendyol satışında Bakı lider şəhər oldu

Cəmil Hüseynzadə
14 Noyabr 2024 17:56
259 baxış
Trendyol satışında Bakı lider şəhər oldu

Bakıda Trendyol kampaniyası böyük rəqəmlərlə yadda qaldı

Trendyol, 2024-cü ilin noyabr ayında ilk kampaniyasını həyata keçirərək böyük diqqət çəkən statistikaya imza atıb. Türkiyə, Azərbaycan, Orta və Şərqi Avropa ilə Körfəz bölgəsini əhatə edən ümumilikdə 15 ölkədə keçirilən bu kampaniya zamanı platformanın gündəlik aktiv istifadəçi sayı 25 milyondan artıq olub. Xarici istifadəçilər arasında isə gündəlik aktiv istifadəçi sayı 5 milyonu keçib. 

35 milyondan çox məhsul satılıb

Platform üzərindən 35 milyondan çox məhsul satılıb. Xarici bazarlara satılan məhsulların sayı isə 5 milyondan çox olub. Trendyol 400 milyondan çox ziyarət alıb ki, bunun da 55 milyondan çoxu xarici istifadəçilər tərəfindən gerçəkləşib. Bu göstəricilər Trendyol-un sürətlə genişlənən beynəlxalq auditoriyaya malik olduğunu və xarici bazarda təsirinin artdığını göstərir.

Bakıda Trendyol istifadəçiləri ön sıralarda

Xaricdə ən çox alış-veriş edilən şəhərlər arasında Bakı ilk sıralarda yer alıb. Riyad və Buxarestlə birlikdə, Bakının Trendyol-dan ən çox sifariş verən şəhərlər arasında olması diqqət çəkir. Türkiyədə isə ən çox alış-veriş edilən şəhərlər Bursa, Antalya və Kocaeli olub. Xaricə məhsul satan iş ortaqlarının sayı isə 80 mindən çox olub. İxracat üzrə ilk sıralarda Bursa, Adana və Qaziantep qərarlaşıb.

© copyright 2022 | tech.az | info@tech.az