Az | EN

Türk oyun studiyası Grand Games 70 milyon dollar yatırım aldı

Cəmil Hüseynzadə
11 May 2026 13:47
31 baxış
Türk oyun studiyası Grand Games 70 milyon dollar yatırım aldı

Türkiyənin sürətlə böyüyən mobil oyun studiyalarından biri olan Grand Games, Balderton Growth Fund liderliyində keçirilən Seri B investisiya turunda 70 milyon dollar yatırım alıb. Təxminən bir il əvvəl Balderton Early Fund liderliyində baş tutan Seri A turundan sonra keçirilən yeni investisiya mərhələsində Bek Ventures, Laton Ventures və Mert Gür də iştirak edib.

İki il əvvəl Bekir Batuhan Çələbi, Mehmet Çalım və Mustafa Fırtına tərəfindən qurulan Grand Games bununla son iki ildə tamamladığı üç investisiya turunda ümumilikdə 103 milyon dollar yatırım cəlb edib.

Şirkət son bir ildə gəlirlərini təxminən 5 dəfə artırıb. Grand Games-in altı aktiv oyundan ibarət portfeli artıq 50 milyondan çox yüklənmə əldə edib. Son həftələrdə studiyanın “Magic Sort” və “Block Out” oyunları ABŞ App Store iOS yükləmə siyahısında ilk iki pilləyə qədər yüksəlib.

Grand Games oyun komandalarının məhsul qərarlarında birbaşa söz sahibi olduğu avtonom idarəetmə modeli ilə fəaliyyət göstərir. Hazırda beş müstəqil studiyadan ibarət sistemdə komandalar hazırladıqları oyunların bütün məsuliyyətini öz üzərinə götürür, ortaq infrastruktur və məlumat bazası isə mərkəzləşdirilmiş şəkildə paylaşılır.

Grand Games-in həmtəsisçisi və CEO-su Bekir Batuhan Çələbi bildirib ki, şirkətin əsas məqsədi oyun sənayesində geniş yayılmış struktur problemlərini həll etmək olub. Onun sözlərinə görə, yeni yatırım həm komandanın genişlənməsinə, həm də mövcud və yeni oyunların daha böyük auditoriyaya çatdırılmasına imkan yaradacaq.

© copyright 2022 | tech.az | info@tech.az